Aİ sammitinin NƏTİCƏLƏRİ - Ukraynaya dəstək, Rusiya və onun ortağı Belarusa isə...

Hazırda oxunan: Aİ sammitinin NƏTİCƏLƏRİ - Ukraynaya dəstək, Rusiya və onun ortağı Belarusa isə...

64153

Martın 10-da Fransanın Versal şəhərində Avropa Şurasının qeyri-rəsmi iclası keçirilib və ondan sonra dövlət və hökumət başçıları ümumi bəyanatla çıxış ediblər.

Bizim.Media xəbər verir ki, müvafiq sənəd  Aİ Şurasının saytında dərc edilib. 

Bəyanatda bildirilib ki, “Rusiya və onun ortağı Belarus” müharibəyə görə tam məsuliyyət daşıyır: 

"İki həftə əvvəl Rusiya Avropaya müharibəni qaytardı. Rusiyanın Ukraynaya qarşı əsassız hərbi təcavüzü beynəlxalq hüququ və BMT Nizamnaməsinin prinsiplərini kobud şəkildə pozur, qlobal təhlükəsizlik və sabitliyə xələl gətirir. Bu, Ukrayna əhalisinə misilsiz iztirablara səbəb olur. Rusiya və onun tərəfdaşı Belarus bu aqressiv müharibəyə görə tam məsuliyyət daşıyır və məsul şəxslər törətdikləri cinayətlərə, o cümlədən mülki əhaliyə və mülki obyektlərə ayrı-seçkilik etmədən hücumlara görə cavab verəcəklər”. 

Həmçinin Aİ və onun üzv ölkələrinin Ukraynaya koordinasiyalı şəkildə siyasi, maddi və humanitar dəstəyi davam etdirəcəyi qeyd edilib: 

“Biz Rusiyanın hücumu dayandıqdan sonra demokratik Ukraynanın bərpasını dəstəkləməkdə qərarlıyıq. Biz Rusiya və Belarusa təzyiqlərimizi daha da artırmağa qərarlıyıq. Ciddi sanksiyalar tətbiq etmişik və tezliklə yeni sanksiyalar tətbiq etməyə hazırıq”. 

“Ukraynadan olan bütün qaçqınlara müvəqqəti müdafiə təklif edirik. Aİ və onun üzv dövlətləri həmrəylik nümayiş etdirməyə və bütün qaçqınlara və onları qəbul edən ölkələrə humanitar, tibbi və maliyyə dəstəyi göstərməyə davam edəcəklər” – deyə sənəddə bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO