Kreml Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının yekunlarına dair bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, bəyanatda Rusiyanın ABŞ və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğu təsdiqlənib.
Qeyd olunub ki, Rusiya neftinin ABŞ bazarına çıxması dünya iqtisadiyyatına müsbət təsir göstərəcək.
Telefon danışığı zamanı Ukrayna böhranının nizamlanması perspektivlərinə xüsusi diqqət ayrılıb. Həmçinin İran ətrafındakı vəziyyət və ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib.
Bildirilib ki, Putin və Tramp şəxsi təmasları, eləcə də administrasiyaları, xüsusi xidmət orqanları və digər qurumlar arasında əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Bizim.Media





























































































