Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Hazırda oxunan: Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

641220

Britaniya Geoloji Xidmətinin alimləri oktyabrın 9-10-da Yerdə geomaqnit aktivliyin artacağını proqnozlaşdırıblar.

Bizim.Media xəbər verir ki, alimlərin məlumatına görə, oktyabrın 9-da Günəşdə oktyabrın 6-da baş verən partlayış zamanı ayrılmış plazma buludunun Yerə çatacağı gözlənilir.
 

Bu hadisənin G1 və G2 səviyyəli maqnit qasırğalarına səbəb ola biləcəyi bildirilir. Proqnoza əsasən, geomaqnit aktivlik ən azı iki gün – 9 və 10 oktyabr tarixlərində davam edəcək. Plazma buludunun saniyədə təxminən 560 kilometr sürətlə hərəkət etdiyi və oktyabrın 9-da Bakı vaxtı ilə təxminən saat 08:00-da Yerə çatacağı gözlənilir.


Alimlər həmin gün orta səviyyəli maqnit aktivliyi və əlverişli şərait yaranarsa, şimal işıqlarının daha aşağı enliklərdə də müşahidə edilə biləcəyini bildiriblər. Oktyabrın 11-də isə sürətli Günəş küləyinin təsirinin güclənəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, ilkin məlumatlarda “6 ballıq” maqnit qasırğası ifadəsi işlədilsə də, Britaniya Geoloji Xidmətinin proqnozunda G1 və G2 səviyyələri göstərilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO