Rubio:

Rubio: "Türkiyə və Yunanıstan arasında müharibəyə imkan verməyəcəyik"

Hazırda oxunan: Rubio: "Türkiyə və Yunanıstan arasında müharibəyə imkan verməyəcəyik"
641165
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın dövlət katibi Marko Rubio Yunanıstanın "Kathimerini" qəzetinə müsahibəsində bəyan edib ki, Egey dənizi ətrafındakı fikir ayrılıqlarına baxmayaraq, Türkiyə və Yunanıstan arasında hərbi münaqişənin baş verməsi qeyri-mümkündür və ABŞ buna əsla yol verməyəcək.

Bizim.Media xəbər verir ki, barədə xarici KİV yazıb.

Rubiodan Yunanıstan və Türkiyə arasında Egey dənizində və ya Kiprdə münasibətlərin kəskinləşəcəyi təqdirdə ABŞ-ın müdaxilə edib-etməyəcəyi soruşulub.

Dövlət katibi belə bir ssenarinin baş verə biləcəyini "ağılsızlıq" və qeyri-mümkün hesab etdiyini vurğulayıb:
 

"Bunlar hər ikisi NATO müttəfiqi və tərəfdaşdır, ona görə də bu, sadəcə baş verə bilməz".



O qeyd edib ki, hərbi gərginlik nə Türkiyəyə, nə Yunanıstana, nə də Birləşmiş Ştatlara fayda gətirər. Buna görə də Vaşinqton bu cür halların qarşısını almaqda qətiyyətlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO