Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Hazırda oxunan: Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

640331

Almaniyanın keçmiş kansleri Gerhard Şröderin Rusiyada Almaniyanın “Globus” hipermarketlər şəbəkəsini idarə edən “Giperglobus” şirkətində rəhbər vəzifəyə təyin olunması Almaniyada siyasətçilər və iqtisadçıların tənqidinə səbəb olub.

Bizim.Media xəbər verir ki, Bundestaq deputatı və hakim Xristian-Demokrat İttifaqının xarici siyasət üzrə eksperti Roderix Kizevetter Şröderin yeni vəzifəsini “Avropaya və öz ölkəsinə xəyanət” adlandırıb.

Köln Universitetinin professoru Tomas Yeger isə Şröderin Rusiyada yeni lobbiçilik işi əldə etdiyini bildirib.
 

Alman iqtisadçı Yan Şnellenbax da Şröderi tənqid edərək onun səhhətinin Almaniya məhkəməsi qarşısına çıxmağa imkan vermədiyi barədə deyilənləri xatırladıb və istehza ilə “Məgər Rusiya pullarının müalicəvi gücü var?” deyə soruşub.


Berlin Elm və Siyasət Fondunun (SWP) tədqiqat şöbəsinin rəhbəri Yannis Kluqe hesab edir ki, Şröderin “Giperglobus”un rəhbərliyinə gətirilməsi şirkət üçün Rusiyada alman şirkətlərinin üzləşə biləcəyi problemlərdən qorunmaq məqsədilə “ömürlük sığorta” rolunu oynayır.

Şröder daha əvvəl “Rosneft”in rəhbərliyində və “Şimal axını” qaz kəmərinin operatoru olan şirkətdə çalışıb. “Giperglobus” şirkəti oktyabrın 2-də Şröderin müşahidə şurasının üzvü olacağını və pərakəndə satış şirkətinin “strateji inkişafına” rəhbərlik edəcəyini təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO