Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

Hazırda oxunan: Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI
639349
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın ATB supermarketlər şəbəkəsi qeyri-ərzaq məhsulları və şəxsi gigiyena vasitələrinin təchizatında çətinliklərlə üzləşib.

Bizim.Media xəbər verir ki, bu barədə "Telegraf" nəşri yazıb.
 

Logistika mərkəzlərinə və anbarlara endirilən Rusiya zərbələri şəbəkənin mağazalarında qeyri-ərzaq mallarının çeşidinin azalmasına səbəb olub. Çatışmazlıq xüsusilə şampunlar, dezodorantlar və uşaq bezləri ilə bağlı müşahidə olunur.


ATB əməkdaşına istinadən "Telegraf" yazır ki, məişət kimyası məhsullarının çatdırılması əhəmiyyətli dərəcədə azalıb. Tualet kağızı kimi əsas tələbat malları satışda olsa da, bir çox tanış məhsullar artıq mövcud deyil.

"Çatdırılma məhduddur və bir çox məişət kimyası məhsulu çatışmır. Mallar gətirilir, lakin tələb olunan miqdarda deyil", - deyə əməkdaş bildirib.

Xatırladaq ki, ATB Ukraynanın ən böyük supermarketlər şəbəkəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO