Bu gün Ümumdünya Ürək Günüdür

Bu gün Ümumdünya Ürək Günüdür

Hazırda oxunan: Bu gün Ümumdünya Ürək Günüdür

639330

Hər il sentyabrın 29-u Ümumdünya Ürək Günü kimi qeyd olunur.

Bizim.Media xəbər verir ki, günün əsas məqsədi ürək-damar xəstəliklərinin qarşısının alınması, risk faktorları barədə ictimai məlumatlılığın artırılması və sağlam həyat tərzinin təşviq edilməsidir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəbidir. Bu xəstəliklər səbəbindən baş verən ölümlərin 85 faizi infarkt və insultun payına düşür.

Ürək-damar xəstəliklərinə ürəyin və qan damarlarının müxtəlif patologiyaları, o cümlədən koronar, serebrovaskulyar, revmatik və anadangəlmə xəstəliklər daxildir.
 

Mütəxəssislər bildirirlər ki, əsas risk faktorları arasında tütündən istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik, alkoqoldan zərərli istifadə, yüksək arterial təzyiq, qan şəkəri və xolesterin, artıq çəki və piylənmə yer alır. Havanın çirkli olması də ürək-damar xəstəlikləri riskini artıran amillərdəndir.


ÜST-nin məlumatına əsasən, ürək-damar xəstəliklərinin böyük hissəsinin qarşısını risk faktorlarının idarəolunması ilə almaq mümkündür. Bunun üçün tütündən imtina etmək, duz və digər qeyri-sağlam qidaların qəbulunu azaltmaq, daha çox meyvə və tərəvəz istehlak etmək, müntəzəm fiziki aktivlik olmaq, arterial təzyiq, qan şəkəri və xolesterinə nəzarət etmək tövsiyə olunur.

Ürək-damar xəstəlikləri uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Bu səbəbdən mütəmadi tibbi müayinələr, risk faktorlarının erkən aşkarlanması və vaxtında müalicə xüsusi əhəmiyyət daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO