Avropada təhlükəli virus yayılır – Yoluxanların sayı 1600-ü ÖTDÜ

Avropada təhlükəli virus yayılır – Yoluxanların sayı 1600-ü ÖTDÜ

Hazırda oxunan: Avropada təhlükəli virus yayılır – Yoluxanların sayı 1600-ü ÖTDÜ

639242

Payız mövsümün başlanğıcından bəri Avropa ölkələrində Qərbi Nil virusuna təxminən 1600 yoluxma halı qeydə alınıb. 

Bizim.Media "Der Spiegel" nəşrinə istinadən xəbər verir ki, yoluxanların böyük əksəriyyəti virusa xarici səfərlərdə deyil, birbaşa Avropa ərazisində tutulub.

Ən çox yoluxma İtaliya, Yunanıstan və İspaniyanın payına düşür. Yunanıstanda 355, İspaniyada 125, Fransada 102, Rumıniyada 91, Şimali Makedoniyada 69, Serbiyada 46, Niderlandda isə 28 hal aşkarlanıb. Almaniyada isə dörd yoluxma halı qeydə alınıb.
 

Qeyd edək ki, Qərbi Nil virusu əsasən ağcaqanadlar və vəhşi quşlar arasında dövr edir, lakin infeksiyalaşmış ağcaqanadlar virusu insanlara və digər məməlilərə də yoluxdura bilir. Mütəxəssislər Avropada virusun yayılmasına ətraf mühit şəraitinin dəyişməsi və yeni ağcaqanad növlərinin peyda olmasının təkan verdiyini bildirirlər.


Robert Kox İnstitutunun məlumatına görə, yoluxanların təxminən 20%-də Qərbi Nil qızdırması inkişaf edir. Xəstəlik adətən yüksək hərarət və qripə bənzər simptomlarla özünü göstərir və əksər hallarda fəsadsız keçir.

Lakin hər 100 nəfərdən birində xəstəlik ağır formaya keçərək mərkəzi sinir sistemini zədələyə və ciddi fəsadlara yol aça bilər. Sentyabrın 3-ə olan məlumata görə, Avropada artıq 61 ölüm halı qeydə alınıb ki, bunların da 49-u İtaliya və Yunanıstanın payına düşür.

Mütəxəssislər bildirir ki, infeksiya insandan insana adi təmas yolu ilə keçmir, əsas risk mənbəyi virus daşıyıcısı olan ağcaqanad dişləmələridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO