Avropa Birliyində ən çox spirtli içki qəbul edən ölkələrin SİYAHISI

Avropa Birliyində ən çox spirtli içki qəbul edən ölkələrin SİYAHISI

Hazırda oxunan: Avropa Birliyində ən çox spirtli içki qəbul edən ölkələrin SİYAHISI
639217
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa Birliyində ən çox spirtli içki qəbul edən ölkələrin adları açıqlanıb.

Bizim.Media xəbər verir ki, Portuqaliya, İtaliya və Belçika Avropa Birliyində "ən çox içənlər" elan edilib.

Belə ki, 16 yaşdan yuxarı sakinlərin gündəlik spirtli içki qəbul etmə faizinin Aİ ölkələri arasında Portuqaliya, İtaliya və Belçikada ən yüksək olduğu müəyyən edilib.
 

Portuqaliyada bu pay 16 olub ki, bu da digər ölkələrin hər birindəkindən ən azı iki dəfə çoxdur. İtaliyada insanların 7,9 faizi, Belçika və Danimarkada isə hər biri 7,5 faiz spirtli içki qəbul edir. Nisbətən yüksək bal toplayan digər iki ölkə Hollandiya və Fransa olub.


Avropa Birliyi sakinlərinin 4,8 faizi hər gün, 19,2 faizi həftədə bir dəfədən çox, 21,8 faizi isə ayda bir dəfədən çox spirtli içki qəbul edir. 20,7 faizi ayda bir dəfədən az spirtli içki qəbul edib, 33,5 faizi isə ən azı 2025-ci il ərzində spirtli içki qəbul etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO