Rusiya MN: "Ukraynanın 2786 hərbi obyekti məhv edilib" - VİDEO

Hazırda oxunan: Rusiya MN: "Ukraynanın 2786 hərbi obyekti məhv edilib" - VİDEO

63918

Rusiya Müdafiə Nazirliyi Ukraynada hərbi əməliyyatlarla bağlı son məlumatları açıqlayıb.

Bizim.Media xəbər verir ki, xüsusi əməliyyat başlayandan indiyə kimi Rusiya Silahlı Qüvvələri 2786 hərbi obyekti məhv etdiyi açıqlanıb.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov əməliyyatın plan üzrə getdiyini bildirib.

"Hərbi aviasiyanın əsas hissəsinin yerləşdiyi Ukrayna hərbi aerodromlarının 90%-i sıradan çıxarılıb. Xüsusi əməliyyat başlayana qədər Ukrayna silahlı qüvvələrinin 250-yə qədər istismara yararlı döyüş təyyarəsi və helikopteri var idi. Rusiya Hava Kosmik Qüvvələri yerdə və havada 89 döyüş təyyarəsi və 57 helikopteri məhv edib", - İ.Konaşenkov əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO