
- A-
- A
- A+
Dünya
17:12 / 26.09.2026
1 dəq oxunma
Makron növbəti prezident seçkilərində namizəd ola bilər
Hazırda oxunan: Makron növbəti prezident seçkilərində namizəd ola bilər
638897
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Fransa Prezidenti Emmanuel Makron 2027-ci ilin mayında prezidentlik müddətinin başa çatacağını təsdiqləyib və gələcəkdə yenidən prezidentliyə namizədliyini istisna etməyib.
Bizim.Media xəbər verir ki, Makron bu barədə ABŞ-nin “Variety” jurnalına müsahibəsində danışıb.
“Açığını deyim, Konstitusiyamıza görə, iki ardıcıl müddətə prezident seçilmək hüququnuz var. Buna görə də gələn ilin mayında müddətimi başa çatdıracağam və Fransa xalqı başqa birini seçəcək”, - Makron qeyd edib.
O, daha sonra gələcəkdə prezidentliyə qayıtma ehtimalı ilə bağlı suala cavabında bunu istisna etməyib.
“Baxarıq. Həyat bəzən gözlənilməz sürprizlərlə doludur, hətta filmlərdən də çox”, - Fransa Prezidenti bildirib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































