Argentina sahillərində yüzlərlə tələf olmuş balina balaları aşkarlandı

Argentina sahillərində yüzlərlə tələf olmuş balina balaları aşkarlandı

Hazırda oxunan: Argentina sahillərində yüzlərlə tələf olmuş balina balaları aşkarlandı

638793

Son həftələrdə Argentinanın cənubundakı çimərliklərə yüzlərlə tələf olmuş balina balaları çıxıb. Ölüm hallarının xüsusilə çox hissəsi hələ iyun ayından etibarən ilk halların qeydə alınmağa başladığı Çubut vilayətində qeydə alınıb.

Bizim.Media “Bild” nəşrinə istinadla xəbər verir ki, alimlər ölümə səbəb kimi dəridə ciddi bakterial infeksiya yaradan, ağrı və yüksək qızdırma ilə müşayiət olunan "qızıl yel" (erysipelas) xəstəliyini ehtimal edirlər. 

Dəniz bioloqu Mariano Koskarellanın sözlərinə görə, söhbət böyük ehtimalla təbii ölüm səbəbindən gedir, hərçənd insan fəaliyyətinin təsirini də hələlik tamamilə istisna etmək olmaz.

Puerto-Madrin şəhəri və onun yaxınlığındakı Valdes yarımadası balinaların ən mühüm çoxalma və qidalanma zonası hesab olunur.

Ötən il burada rekord sayda — 800-ü balası olmaqla 2110 balina ölüsü aşkarlanıb. Bu il isə demək olar ki, 400-ü bala olmaqla cəmi 1375 heyvan qeydə alınıb. Bununla belə, tədqiqatçılar indiki kütləvi ölümü bütün populyasiya üçün hələlik təhlükə hesab etmirlər 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO