Zaxarova ABŞ-la bağlı ŞOK FAKTLARI açıqladı: Ukraynada hansı gizli sənədlər tapılıb? 

Hazırda oxunan: Zaxarova ABŞ-la bağlı ŞOK FAKTLARI açıqladı: Ukraynada hansı gizli sənədlər tapılıb? 

63850

Rusiya ABŞ-dan Ukraynadakı bioloji laboratoriyalarda aparılan fəaliyyətlərin təfərrüatlarını təqdim etməyi tələb edir.  

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib.  

“ABŞ Ukraynaya bioproqramların hazırlanması ilə bağlı göstəriş verib və investisiya yatırıb. Biz sizin hərbi məqsədlər üçün hazırlanmış bioloji materiallarınızı Ukraynada tapdıq. Yaxın gələcəkdə ABŞ-ın Müdafiə Nazirliyi, ABŞ Prezident Administrasiyası dünya ictimaiyyətini Ukraynada həyata keçirilən proqramlarla rəsmi şəkildə tanış etməyə borcludurlar. Məlumatlar, materiallar, sənədlər, zəhmət olmasa, masanın üstündəki hər şeylə. Oyun bitdi", - deyə Zaxarova qeyd edib.  

O, Ukrayna və ABŞ tərəfindən Bioloji və Toksin Silahların Qadağan edilməsi haqqında Konvensiyanın pozulması faktlarının açıqlanmasının qarşısını almaq üçün bioloji silahların hazırlanmasını həyata keçirən laboratoriyaların, xüsusilə Sibir yarası (Qara yara), xolera və digər təhlükəli patogenlərin məhv edildiyini qeyd edib: 

“Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı ABŞ Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən hərbi bioloji proqramın izlərindən təcili təmizlənməsi faktları aşkar edilib. Əldə edilən məlumatlar Rusiya sərhədlərinə yaxın ərazidə yerləşən Ukrayna laboratoriyalarında bioloji silah komponentlərinin hazırlanmasını təsdiqləyir”. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO