Zelenskidən rus hərbçilərinə MÜRACİƏT: “Sağ qalmaq şansınız var, ölkəmizdən çıxın” - VİDEO

Hazırda oxunan: Zelenskidən rus hərbçilərinə MÜRACİƏT: “Sağ qalmaq şansınız var, ölkəmizdən çıxın” - VİDEO

63847

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun əsgərlərini müharibəni dayandırmağa və evlərinə qayıtmağa çağırıb. Onun sözlərinə görə, Ukrayna xalqı sona qədər dayanacaq. 

Bizim.Media “Ukrayinskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna lideri martın 9-da müraciəti zamanı deyib.

“Rus əsgərləri! Hələ sağ qalmaq şansınız var. Demək olar ki, iki həftəlik müqavimətimiz sizə göstərdi ki, biz təslim olmayacağıq. Torpağımızı qaytaranadək, bütün ölənlərimiz, həlak olan azyaşlı uşaqlarımız üçün tam cavab verənədək döyüşəcəyik. 

Ölkəmizdən getsəniz, xilas ola bilərsiniz. Komandirləriniz Ukraynada hələ də şansınızın olduğunu söyləyəndə inanmayın.

Burada sizi heç nə gözləmir. Əsirlik və ya ölümlə yanaşı, bizim canımızı alıb öz canınızı verirsiniz. Biz bilirik ki, sizin komandirləriniz artıq hər şeyi başa düşür, çünki danışıqlarınız əlimizə keçib”, - Zelenski bildirib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO