Aİ Rusiyaya əlavə sanksiyaları TƏSDİQLƏDİ

Hazırda oxunan: Aİ Rusiyaya əlavə sanksiyaları TƏSDİQLƏDİ

63845

Avropa İttifaqına (Aİ) üzv dövlətlərin nümayəndələrinin keçirdiyi iclasda Rusiya və Belarusa qarşı yeni sanksiyaların təsdiqlənib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Aİ-nin rəsmi jurnalında dərc olunub. 

Yeni sanksiyalara əsasən, Rusiyanın Ukraynaya hücumunda rolu olan bəzi rusiyalı məmurların, oliqarxların və ailə üzvlərinin aktivləri dondurulacaq.

Bu şəxslərə səyahət qadağası qoyulacaq. Həmçinin Belarusun 3 bankı SWIFT-dən kənarlaşdırılacaq, kriptovalyutaların Rusiyaya istiqamətlənmiş sanksiyalara qarşı istifadəsinə qadağa qoyulacaq, bəzi məhsul və texnologiyaların Rusiyaya göndərilməsi qadağan ediləcək, Rusiya gəmiçilik sənayesinə qarşı sanksiyalar tətbiq olunacaq. 

Hazırda Rusiyanın Ukraynaya hücumlarına görə Aİ-nin həyata keçirdiyi 3 sanksiya paketi var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO