Evdə köməksiz vəziyyətdə qalan azyaşlılar belə xilas edildi – VİDEO

Evdə köməksiz vəziyyətdə qalan azyaşlılar belə xilas edildi – VİDEO

Hazırda oxunan: Evdə köməksiz vəziyyətdə qalan azyaşlılar belə xilas edildi – VİDEO
637993
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında iki azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bağlı qapı arxasında qalan azyaşlılar mənzilin giriş qapısının döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər.

Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə qonşu eyvandan daxil olmaqla yatmış vəziyyətdə aşkar olunan 2018 və 2019-cu il təvəllüdlü iki uşağı yaxınlarına təhvil veriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO