Rusiyanın itkiləri açıqlandı: 12 min hərbçi, çox sayda texnika - SİYAHI

Hazırda oxunan: Rusiyanın itkiləri açıqlandı: 12 min hərbçi, çox sayda texnika - SİYAHI

63788

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın 14 gündə itirdiyi qüvvələrin sayını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, Qərargah bu barədə “Facebook” səhifəsində məlumat yayıb.  Bildirilib ki, indiyədək 12 000-dən çox hərbçi zərərsizləşdirilib, 251 nəfər əsir götürülüb. 

Həmçinin martın 8-də rus polkovnik-leytenantı Yuri Aqarkov zərərsizləşdirilib. O, Volqoqrad vilayətinin Kamışin şəhərində yerləşən motoatıcı alayına komandirlik edib.

“Rusiya Silahlı Qüvvələrinə məxsus 317 tank, 1 070 zirehli döyüş maşını, 120 artilleriya qurğusu, 56 reaktiv yaylım atəş sistemi, 28 hava hücumundan müdafiə sistemi, 49 təyyarə, 81 helikopter, 482 avtomobil texnikası, 3 qayıq, 60 yanacaq sisterni və 7 PUA məhv edilib.

Məlumatlar yenilənir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir” – deyə məlumatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO