\"McDonald\'s\"ın bağlanmasına rusların reaksiyası - FOTO 

Hazırda oxunan: \"McDonald\'s\"ın bağlanmasına rusların reaksiyası - FOTO 

63780

ABŞ-ın məşhur “McDonald’s” restoranlar şəbəkəsi Rusiyada fəaliyyətini dayandıracaq. 

Bizim.Media xəbər verir ki, bu barədə şirkətin CEO-su Kris Kempzinskinin işçilərə göndərdiyi elektron poçtda qeyd olunub. 

O, işçilərin maaşlarını ödəyəcəklərini, işçilərin yardım fonduna 5 milyon dollar bağışlayacaqlarını bildirib. 

Kempzinski Rusiyada 30 ildən artıqdır fəaliyyət göstərən “McDonalds”ın 850 filialını bağlayacaqlarını sözlərinə əlavə edib. 

Restoranların bağlanması xəbərindən sonra Moskvadakı "McDonald's"larda növbələr yaranıb. Həmin görüntülər sosial şəbəkələrdə gündəm olub. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO