Rusiyada Dövlət Dumasına seçkilər BAŞLADI

Rusiyada Dövlət Dumasına seçkilər BAŞLADI

Hazırda oxunan: Rusiyada Dövlət Dumasına seçkilər BAŞLADI

637317

Rusiyada Dövlət Dumasına üçgünlük seçkilər başlayıb.
 
Bizim.Media xəbər verir ki, ilk seçki məntəqələri Rusiyanın Kamçatka diyarı və Çukotka Muxtar dairəsində açılıb.

Ukraynanın işğal olunmuş ərazilərinin – Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin – sakinləri də səs verəcəklər.
 
Ümumilikdə, Rusiya parlamentinin aşağı palatasına 450 deputat seçiləcək. Onlardan 225-i partiya siyahılarından, yəni, seçicilər partiyaya səs verməklə, 225-i isə təkmandatlı seçki dairələrindən-müəyyən bir namizədə səs verməklə seçiləcəklər.
 

Seçki bülletenlərindəki siyahıya on partiya daxil edilib. Bunlar Vahid Rusiya, Rusiya Liberal Demokrat Partiyası, Birbaşa Demokratiya Partiyası, Yaşıllar, Ədalətli Rusiya, Rodina, Rusiya Federasiyası Kommunist Partiyası, Pensiyaçılar Partiyası, Rusiya Kommunistləri və Yeni İnsanlar partiyalarıdır.


Qeyd edək ki, rusiyalılar Dövlət Dumasının deputatlarından başqa, on subyektin rəhbərlərini, eləcə də regional parlament deputatlarını, şəhər dumalarını və rayon şuralarını seçirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO