ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Körfəz ölkələrinin liderləri ilə görüş keçirməyi planlaşdırır.
Bizim.Media “Axios”a istinadla xəbər verir ki, görüşdə İranla müharibənin növbəti mərhələsi və sonrakı dövr üçün ABŞ-nin strategiyası müzakirə olunacaq.
Görüşə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Omanın liderlərinin və ya xarici işlər nazirlərinin qatılacağı bildirilir.
Bizim.Media






























































































