ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya rəsmilərini, maliyyə qurumlarını, energetika və müdafiə sektorlarını hədəf alan geniş sanksiyalar paketini səsverməyə çıxarıb.
Bizim.Media xəbər verir ki, sənəd 262 lehinə və 159 əleyhinə səslə təsdiqlənib. Qanun layihəsi daha əvvəl Senatda 86 səs lehinə, 11 səs əleyhinə olmaqla qəbul edilib. Layihə imzalanması üçün Prezident Donald Trampa göndəriləcək.
Sənəd Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üzərində bir ildən çox çalışmış Cənubi Karolinanın mərhum senatoru Lindsi Qremin adını daşıyır. Layihə Rusiyanın sanksiyalardan yayınmasına kömək edən neft tankerlərini də hədəfə alır, həmçinin Rusiya enerjisinin əsas alıcılarına qarşı 100 faizədək gömrük rüsumlarının tətbiqinə imkan verir.
Qeyd edək ki, bu sənəd Donald Trampın Ağ Evə qayıtmasından sonra Ukraynanın dəstəklənməsinə yönəlmiş ən genişmiqyaslı qanunvericilik təşəbbüslərindən biri hesab olunur.
Bizim.Media































































































