CENTCOM İranın növbəti cəhdi ilə bağlı məlumat yaydı: “Aparat bizdədir”

CENTCOM İranın növbəti cəhdi ilə bağlı məlumat yaydı: “Aparat bizdədir”

Hazırda oxunan: CENTCOM İranın növbəti cəhdi ilə bağlı məlumat yaydı: “Aparat bizdədir”

636859

ABŞ hərbçiləri İran qüvvələrinin Amerikaya məxsus pilotsuz dəniz aparatını ələ keçirmək cəhdinin qarşısını alıblar.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "Al Arabiya" telekanalına məlumat verib.
 

"Təsdiq edə bilərəm ki, bu yaxınlarda İranın kiçik gəmiləri ABŞ-nin pilotsuz dəniz aparatını ələ keçirməyə cəhd göstərib, lakin CENTCOM-un qətiyyətli reaksiyasından sonra bu cəhd uğursuzluqla nəticələnib", — deyə komandanlığın nümayəndəsi, kapitan Tim Hokins bildirib.


Onun sözlərinə görə, ABŞ hərbçiləri dəniz aparatı üzərində operativ nəzarəti qoruyub saxlayırlar.

CENTCOM-un bəyanatı İran dövlət mediasının bazar ertəsi günü ABŞ qüvvələrinin iki balıqçı gəmisinə hücum etməsi barədə yaydığı məlumatlardan sonra səslənib. Amerika komandanlığı həmin insidentin təfərrüatları barədə məlumat verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO