Rus qoşunları Kiyevə hücum etməyə hazırlaşır - Kadırovın xüsusi alayı da cəlb edilib

Hazırda oxunan: Rus qoşunları Kiyevə hücum etməyə hazırlaşır - Kadırovın xüsusi alayı da cəlb edilib

63640

“Rusiya silahlı qüvvələri Ukraynaya qarşı hücum əməliyyatını hava dəstəyi və raket zərbələri ilə davam etdirir, xüsusən də Kiyevin mühasirəyə alınmasına diqqət yetirir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Departament qeyd edib ki, gün ərzində rus qoşunları Kiyevə hücumu təşkil etmək üçün yenidən qruplaşıb.

“Hücum üçün Rusiya Qvardiyasının Ramzan Kadırov (Qroznı) adına xüsusi alayını, Kuzbass (Kemerovo), Vityaz (Moskva) bölmələrini və özəl hərbi şirkət “Liqa”nı (keçmiş "Vaqner") cəlb etməyi planlaşdırırlar", - mesajda deyilir.

Baş Qərargah bildirib ki, Polesski istiqamətində rus qoşunları Polesskoye, Kuks, Borodyanka, Bışev, Qoreniçi, Demidov yaşayış məskənlərinin ərazilərində cəmləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO