
- A-
- A
- A+
Zelenski Belarusdakı son danışıqları “final” adlandırdı: “Amma biz realistik”
Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın Rusiya ilə danışıqlarda israrlı olacağını bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya-Ukrayna danışıqlarının ÜÇÜNCÜ RAUNDU sona çatdı - YENİLƏNİB
“Bu gün Belarusda danışıqların üçüncü raundu keçirilib. Demək istərdim: üçüncü və final. Amma biz realistik. Ona görə də danışacağıq. Biz xalqımıza deməyin yolunu tapana qədər danışıqlarda israr edəcəyik: biz sülhə belə gələ bilərik”, - deyə Zelenski vurğulayıb.
O, həmçinin əlavə edib ki, başa düşmək lazımdır ki, hər mübarizə və müqavimət günü “Ukrayna üçün daha yaxşı şərait yaradır”.
“Gələcəyimizi təmin etmək üçün bu müharibədən sonra dünyada güclü mövqe qazanmalıyıq”, - deyə Ukrayna lideri bildirib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































