Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin görüşü üçün yenidən meydança təqdim etməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov "İzvestiya" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Əbu-Dabi vəliəhd şahzadəsi Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan Rusiya prezidenti Vladimir Putinə bu istəkdə hazır olduqlarını təsdiqləyib. Moskva BƏƏ-ni mümkün üçtərəfli görüşlər üçün prioritet məkan kimi nəzərdən keçirir.
Uşakov qeyd edib ki, razılaşmaların əldə olunması üçün tərəflər hələ bir sıra məsələləri razılaşdırmalıdırlar, ərazi problemləri üzrə irəliləyiş isə gələcək danışıqları asanlaşdıra bilər.
O, həmçinin ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkof və Cared Kuşnerin Moskvaya səfərindən sonra Amerika tərəfinin Rusiyanın mövqeyini daha yaxşı anlamağa başladığını vurğulayıb.
Bizim.Media



































































































