Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını BAĞLAYIR

Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını BAĞLAYIR

Hazırda oxunan: Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını BAĞLAYIR

635974

Əlcəzair sentyabrın 11-dən etibarən Birləşmiş Ərəb Əmirliklərinə məxsus bütün təyyarələr üçün hava məkanını bağlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Əlcəzair Müdafiə Nazirliyi rəsmi saytında məlumat yayıb.

“Əlcəzairin Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsməsindən sonra hava məkanının 2026-cı il sentyabrın 11-də saat 00:00-dan etibarən bağlanmasına qərar verilib”, – deyə məlumatda bildirilib.
 

Əlcəzair Müdafiə Nazirliyi qərarın BƏƏ-də qeydiyyatda olan həm mülki, həm də hərbi təyyarələrə şamil ediləcəyini açıqlayıb. Bununla belə, BƏƏ-dən Əlcəzairə və əks istiqamətdə Əlcəzairin Houari Bumədiyen adına beynəlxalq hava limanına həyata keçirilən kommersiya mülki reyslərinin bu məhdudiyyətdən istisna ediləcəyi bildirilib.


Qeyd edək ki, sentyabrın 10-da Əlcəzair hakimiyyəti bir neçə il ərzində artan gərginlikdən sonra BƏƏ ilə diplomatik münasibətləri kəsmək qərarına gəldiyini açıqlayıb. Əlcəzairlə BƏƏ arasında Sahel bölgəsində nüfuz uğrunda mübarizə və Qərbi Sahara məsələsi ilə bağlı ciddi fikir ayrılıqları yaranıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO