Britaniyanın “Sky News” telekanalının əməkdaşları yaralandılar - Ukraynada

Hazırda oxunan: Britaniyanın “Sky News” telekanalının əməkdaşları yaralandılar - Ukraynada

63480

Ukraynadakı atışmalar zamanı Böyük Britaniyanın “Sky News” telekanalının əməkdaşları yaralanıblar.

Bizim.Media xəbər verir ki, telekanalın müxbiri Stüart Ramsey və onun dörd həmkarının olduğu maşın atəşə tutulub.

Hadisə zamanı Ramsey belindən vurulub, operator Riçi Mokler isə 2 güllə yarası alıb. Maşından çıxaraq zavodda gizlənməyi bacaran jurnalistləri polis xilas edib.

Böyük Britaniyanın Baş naziri Boris Conson şəxsi tviter səhifəsində açıqlama verərək, “Sky News” telekanalının əməkdaşlarının cəsarətini yüksək qiymətləndirib, onların həqiqəti çatdırmaq üçün həyatlarını riskə atdıqlarını vurğulayıb.

Qeyd edək ki, “BBC”, “CNN” və “Bloomberg” kimi xəbər agentlikləri Rusiyadakı fəaliyyətlərini müvəqqəti dayandıracaqlarını açıqlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO