Zelenskidən ruslara: “İndi sussanız, müharibənin əvəzini yoxsulluqla ödəyəcəksiniz” - VİDEO

Hazırda oxunan: Zelenskidən ruslara: “İndi sussanız, müharibənin əvəzini yoxsulluqla ödəyəcəksiniz” - VİDEO

63419

“Bu gün müharibəyə etiraz etməkdən qorxan və ya küçələrə çıxmaq istəməyən Rusiya xalqı bunun bədəlini yoxsulluqla ödəyəcək”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir  Zelenski bu gün videomüraciətində bildirib.

“Rusiya vətəndaşları! Sizin üçün bu, təkcə Ukraynada sülh uğrunda mübarizə deyil! Bu sizin ölkəniz üçün də mübarizədir. Onun ən yaxşı şeyə sahib olmağı, gördüyünüz azadlıq, hiss etdiyin sərvət üçün.

Əgər indi susursunuzsa, sonra sizin haqda ancaq yoxsulluqdan danışacaqlar. Buna isə yalnız repressiya cavab vermək olar. Susmayın”, - Ukrayna lideri çağırış edib.

Zelenski vurğulayıb ki, ukraynalılar artıq öz gələcəklərini qazanıblar, lakin onlar bu gün də öz gələcəkləri üçün mübarizə aparırlar, sərhədin harada olacağı, həyat və köləlik arasında mübarizə aparırlar.

O, qeyd edib ki, hazırda Rusiya vətəndaşları da eyni seçimi edirlər, onlar da “həyatla köləlik arasında” seçim edirlər: “Elə vaxtdır ki, hələ də itkilər olmadan şəri məğlub edə bilərik.

Mövqeyinizə görə “QULAQ”la (Sovet dövründə repressiya düşərgəsi) deyil, işdən çıxarılmaqla, ölümlə yox, maddi itkilərlə hədələyirlər. Bu fürsəti qaçırmayın. Dostlarınız, tanışlarınız, həmkar və qohumlarınız sizi eşidəcək. Biz, ukraynalılar, sülh istəyirik!”.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO