Rusiya hərbçiləri Ukraynanın 5 yaşayış məntəqəsini ələ keçirdi – RƏSMİ

Hazırda oxunan: Rusiya hərbçiləri Ukraynanın 5 yaşayış məntəqəsini ələ keçirdi – RƏSMİ

63410

Rusiya Silahlı Qüvvələri hücumu bərpa edib və 11 kilometr irəliləyərək beş yaşayış məntəqəsini nəzarətə götürüb: Priyutnoye, Zavitne Bajannya, Staromlynovka, Oktyabrskoye və Novomayskoye.

Bizim.Media Rusiya mediasına istinadla bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin hərbçiləri ötən sutka ərzində Ukraynanın 8 döyüş təyyarəsini və iki helikopterini vurublar. 

Rusiyanın Hava-kosmik qüvvələrinin qırıcı təyyarələri və hava hücumundan müdafiə sistemləri Jitomir vilayətində dörd Su-27 və bir MiQ-29, Radomışlda Su-27 və Su-25-i Nejın rayonu yaxınlığında bir Su-25 vurub.

Bundan əlavə, Kiyev yaxınlığında iki Mi-8 helikopteri və “Bayraktar TB-2” də daxil olmaqla altı pilotsuz təyyarə vurulub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO