Mariupolda sakinlərin təxliyəsinə başlanıldı

Hazırda oxunan: Mariupolda sakinlərin təxliyəsinə başlanıldı

63403

Mariupolda vəziyyət kritikdir. Şəhərdə işıq, su, istilik, rabitə, yemək yoxdur. Rusiya hərbçilərinin davamlı atəşə tutulması səbəbindən kommunal xidmətlər su və elektrik xətlərini təmir edə bilmir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı RBK-Ukrayna nəşri yayıb.

Şəhər şurası Mariupolda evakuasiyanın saat 12:00-dan başlayacağını bildirib. Sükut rejimi saat 10:00-dan 21:00-dək davam edəcək.

Şəhərdən hər kəs öz avtomobili ilə çıxa və avtobusların arxasında bir kolonda hərəkət edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO