Toyuq əti planetdə ən çox istehlak edilən ət olub. 2023-cü ildə dünyada 76,2 milyard toyuq yetişdirilib. 2006-cı ildə bu rəqəm 48,3 milyard olub.
Bizim.Media “axar.az”a xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
"XX əsrdə bahalı seçim hesab olunan toyuq əti artıq əsas protein mənbəyinə çevrilib. Əsas artımı Asiya-Sakit okean regionu, Amerika və Avropa təmin edir. Qlobal tələbatın təxminən üçdə birini isə Çin və ABŞ formalaşdırır.
Quşçuluq sektorunun uğuru münasib qiymət, yemlənmənin səmərəliliyi, istehsalın yüksək sürəti, eləcə də toyuq ətinin istehlakına dair dini və ya mədəni məhdudiyyətlərin olmaması ilə izah edilir", - məlumatda qeyd olunub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:27 / 27.08.2026
Dünyada ən çox yeyilən ət bəlli oldu
Hazırda oxunan: Dünyada ən çox yeyilən ət bəlli oldu
Hazırda oxunan: Dünyada ən çox yeyilən ət bəlli oldu
633378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































