Fridrix Merts istefa verəcək?

Fridrix Merts istefa verəcək?

Hazırda oxunan: Fridrix Merts istefa verəcək?

633118

Almaniya Bundestaqında Xristian-Demokrat və Xristian-Sosial İttifaqı (CDU/CSU) fraksiyasının sədri Torsten Fray bəyan edib ki, ölkə kansleri Fridrix Merts ünvanına səslənən kəskin tənqidlərə baxmayaraq, heç vaxt istefa vermək haqqında düşünməyib.

Bizim.Media xəbər verir ki, Fray Almaniyanın ZDF telekanalının efirində aparıcının sualına cavab verərkən belə bir addımın heç vaxt müzakirə olunmadığını vurğulayıb.

İyul ayına qədər Kansler Aparatının rəhbəri və hökumət başçısının "sağ əli" olan mühafizəkar siyasətçi vurğulayıb ki, hazırda Almaniyanın daxili və xarici siyasətində ciddi problemlər mövcuddur. Frayın fikrincə, bu vəzifəyə başqa bir şəxsin gəlməsi ilə heç nə dəyişməyəcək.
 

Eyni zamanda fraksiya rəhbəri reytinqlərin hazırda "dəhşətli" vəziyyətdə olduğunu da etiraf edib. O, əsas məsələnin hakim koalisiyanın payızda planlaşdırılan islahatları həyata keçirmək üçün siyasi iradə tapıb-tapmayacağından ibarət olduğunu deyib.


Pensiya islahatları üzrə komissiyanın təkliflərini "yenilikçi" və "əsrin layihəsi" adlandıran Fray, bunun nəinki siyasi partiyalar, həm də nəsillər arasında böyük bir güzəşt olduğunu bildirib. O əlavə edib ki, hazırda hətta populyar olmayan qərarları belə dəstəkləmək üçün güclü siyasi iradə tələb olunur.

Son rəy sorğularına əsasən, Mertsin reytinqi ölkənin aparıcı siyasətçiləri arasında sonuncu pillələrdə qərarlaşır. Avqustun 22-də məzuniyyətdən qayıtdıqdan sonra ilk kütləvi tədbirinə qatılan kansler Hyurtgenvald icmasında yerli sakinlər tərəfindən fitə basılaraq etirazla qarşılanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO