“Bizim immiqrantlara ehtiyacımız var”

“Bizim immiqrantlara ehtiyacımız var”

Hazırda oxunan: “Bizim immiqrantlara ehtiyacımız var”

633100

Almaniya Prezidenti Frank-Valter Ştaynmayyer ölkədə immiqrasiya siyasəti və sağçı populist "Almaniya üçün Alternativ" (AfD) partiyasının miqrantları deportasiya etmək planları ətrafında gedən kəskin müzakirələr fonunda diqqətçəkən bəyanatla çıxış edib. O, vətəndaşları mənşəyinə görə bölməkdən çəkinməyə çağırıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Berlində keçirilən tədbirdə çıxış edən Ştaynmayyer Almaniya konstitusiyasına əsasən birinci və ya ikinci dərəcəli vətəndaş anlayışının olmadığını vurğulayıb.
 

"Bizim konstitusiyamız aydındır: birinci və ya ikinci dərəcəli vətəndaş yoxdur. Bizi alman edən yalnız babalarımızın mənşəyi və ya damarlarımızda axan qan deyil. Vacib olan ümumi dil, azadlıq şəraitində dinc yanaşı yaşamaq iradəsi və konstitusiyaya sadiqlikdir", – deyə Prezident bildirib.


O əlavə edib ki, naturalizasiya yolu ilə Almaniya vətəndaşlığı alan şəxslər doğuşdan bu hüquqa sahib olanlarla eyni hüquqlara malikdirlər.

Ölkədəki ciddi işçi qüvvəsi çatışmazlığına diqqət çəkən Ştaynmayyer immiqrantların ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb etdiyini bəyan edib:

"Sistemin fəaliyyət göstərməsi üçün bu ölkəyə miqrantlar lazımdır. Xəstəxanalar, qocalar evləri və özəl sektor məhz onların sayəsində ayaqda durur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO