2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

Hazırda oxunan: 2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

633072

Sakit okeanda müşahidələr tarixinin ən güclü El-Ninyo hadisəsi yarana bilər.

Bizim.Media xarici KİV-ə xəbər verir ki, Böyük Britaniyanın Meteorologiya Xidmətinin proqnozuna əsasən, okeanın bəzi bölgələrində suyun səth temperaturunun orta göstəricini 3 dərəcədən çox keçmək ehtimalı var.

Bu, 1950-ci ildən aparılan müşahidələr dövründə qeydə alınmamış göstərici hesab olunur.

Mütəxəssislər güclü El-Ninyo hadisəsi səbəbindən 2027-ci ilin müşahidələr tarixində ən isti il ola biləcəyini bildirirlər.
 

Qurumun uzunmüddətli proqnozlar şöbəsinin rəhbəri Adam Skayf bunu görünməmiş hadisə adlandırıb. Onun sözlərinə görə, indiyədək El-Ninyonun bu qədər güclənəcəyini göstərən siqnal müşahidə etməyib.


El-Ninyo adətən iki-yeddi ildən bir baş verən və təxminən bir il davam edən təbii iqlim hadisəsidir. Bu dövrdə Sakit okean üzərində şərqdən qərbə doğru əsən passat küləkləri zəifləyir və ya istiqamətini dəyişir. Nəticədə okeanın isti suları şərqə doğru yayılır.
 

Bu proses zamanı okeandakı böyük miqdarda istilik atmosferə ötürülür, Yer kürəsinin orta temperaturu yüksəlir və yağıntıların paylanmasında ciddi dəyişikliklər baş verə bilir. El-Ninyo dünyanın müxtəlif bölgələrində quraqlıq, güclü yağışlar, daşqınlar və ekstremal hava hadisələri ilə nəticələnə bilər.


Alimlər Sakit okeanın müəyyən hissəsində suyun səth temperaturu orta göstəricidən azı 0,5 dərəcə yüksək olduqda El-Ninyo hadisəsinin yarandığını bildirirlər.

Hazırkı ölçmələr temperatur fərqinin artıq 2 dərəcəni xeyli keçdiyini göstərir.

Proqnoz özünü doğruldarsa, bu, 1950-ci ildən qeydə alınan ən güclü, hətta XIX əsrdən bəri müşahidə edilən ən şiddətli El-Ninyo ola bilər. Bəzi iqlim modelləri temperatur fərqinin 4 dərəcəyə qədər yüksələ biləcəyini göstərir. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO