ABŞ hərbi təyyarəsi Moskvaya eniş etdi - VİDEO

ABŞ hərbi təyyarəsi Moskvaya eniş etdi - VİDEO

Hazırda oxunan: ABŞ hərbi təyyarəsi Moskvaya eniş etdi - VİDEO

632970

Bu gün səhər saatlarında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-17 Globemaster III” hərbi-nəqliyyat təyyarəsi Moskvanın Vnukovo aeroportunda yerə enib. 

Bizim.Media xəbər verir ki, bu barədə “flightradar24.com” xidmətinin məlumatlarına istinadən Rusiya mediası yazıb.

Sözügedən təyyarənin Riqadan Moskvaya yola düşdüyü qeyd olunub. 

Hava gəmisinin Riqaya isə ABŞ-nin Merilend ştatında yerləşən Kemp-Sprinqs şəhərindən uçduğu bildirilib.

Kremlin sözçüsü Dmitri Peskov isı bildirib ki, Kremlin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Vnukovoya gəlişi ilə bağlı heç bir məlumatı yoxdur. Onun sözlərinə görə, Rusiya tərəfi bu həftə ABŞ administrasiyasının rəsmisi ilə görüş planlaşdırmır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO