SSRİ agentinin nəvəsi Fransa prezidentliyinə gedir – ailənin arxivi açıldı

SSRİ agentinin nəvəsi Fransa prezidentliyinə gedir – ailənin arxivi açıldı

Hazırda oxunan: SSRİ agentinin nəvəsi Fransa prezidentliyinə gedir – ailənin arxivi açıldı

632950

Fransanın mərkəz-sol siyasətinin tanınmış simalarından Rafael Qlussman 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini açıqlayıb. Siyasətçinin seçki yarışına qoşulması ilə yanaşı, onun ailəsinin Sovet kəşfiyyatına gedib çıxan keçmişi də yenidən diqqət mərkəzinə düşüb.

Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, “Place Publique” (“İctimai meydan”) hərəkatının həmtəsisçisi və Avropa Parlamentinin deputatı Rafael Qlussman TF1 telekanalında 2027-ci il prezident seçkiləri uğrunda mübarizəyə qoşulduğunu bildirib.

O, Fransa solunun mötədil qanadının əsas namizədlərindən biri olmağa çalışır.

Qlussmanın ailə tarixçəsində isə olduqca maraqlı məqam var. Onun babası Rubin Qlussman Sovet kəşfiyyatı ilə əməkdaşlıq edib və Avropanın bir neçə ölkəsində fəaliyyət göstərib. O, 1920-ci illərdə Fələstinə köçüb, kommunist hərəkatına qoşulub və sonradan Komintern tərəfindən əməkdaşlığa cəlb edilib.
 

Rubin Qlussman daha sonra Fransa, Almaniya və Britaniyada Sovet tərəfi üçün fəaliyyət göstərib. Britaniyada özünü iş adamı kimi təqdim edən Qlussman sovet tərəfinə keçmiş bir şəxsin verdiyi məlumatdan sonra 1940-cı ildə MI5 tərəfindən həbs edilib.


Onun həyatının sonu da dramatik olub. Rubin Qlussman Kanadaya internasiya edilmək üçün “SS Arandora Star” gəmisinə mindirilib. Lakin gəmi 2 iyul 1940-cı ildə Atlantik okeanında Almaniyanın sualtı qayığı tərəfindən torpedalanıb və Qlussman həlak olub.

Ailənin sonrakı nəsillərinin siyasi mövqeyi isə tamam başqa istiqamətdə inkişaf edib.

Rubin Qlussmanın oğlu, Rafaelin atası Andre Qlussman gəncliyində marksist, daha sonra maoçu baxışlara yaxın olsa da, 1970-ci illərdən etibarən Sovet sistemini və repressiyaları kəskin tənqid edən tanınmış fransız filosoflarından birinə çevrilib.

İndi isə ailənin üçüncü nəsli Fransanın ən yüksək siyasi postu uğrunda mübarizəyə başlayır.

Rafael Qlussman Avropaya inteqrasiyanın tərəfdarı, Rusiyanın siyasətinin sərt tənqidçisi və Ukraynaya dəstəyin müdafiəçisi kimi tanınır. Son sorğularda onun dəstəyi təxminən 10–12 faiz göstərilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO