Fransanın cənubunda dəhşətli tornado baş verib — 2 nəfər itkin düşüb, 26 nəfər xəsarət alıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət Od departamentində 100-ə yaxın yaşayış evinə ziyan vurub və 2,8 min abunəçini elektrik enerjisiz qoyub.
Əlverişsiz hava şəraiti səbəbindən Fransanın cənubundakı 20 departamentdə narıncı (yüksək) meteoroloji təhlükə səviyyəsi elan edilib.
Mütəxəssislər bu təbiət hadisəsini nadir və son dərəcə təhlükəli tufan buludu olan super-hüceyrə (supercell) ilə əlaqəli tornado kimi qiymətləndiriblər. Bölgədə cəmi bir saat ərzində 30 mm-dən çox yağış yağıb.
Bizim.Media


































































































