İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın İsrail istiqamətinə pilotsuz uçuş aparatları, hava şarları və çərpələnglər buraxmağı dayandırmayacağı təqdirdə Qəzza zolağına zərbələrin gücləndiriləcəyi ilə hədələyib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri İsrael Kats ilə keçirilən müşavirədən sonra İsrail hökumət başçısının dəftərxanası məlumat yayıb. O, həmçinin anklavın bəzi rayonlarının sakinlərinin təxliyə ediləcəyi barədə xəbərdarlıq edib.
Avqustun 23-də onlar Qəzza zolağından edilən buraxılışların yaratdığı təhlükəni müzakirə ediblər. Vəziyyətin qiymətləndirilməsində İsrail Müdafiə Ordusunun (SAXAL) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir, Milli Təhlükəsizlik Şurasının rəhbəri və İsrail ordusunun yüksəkrütbəli zabitləri də iştirak ediblər.
İsrail tərəfi HƏMAS-a xəbərdarlıq edib ki, buraxılışlar davam edəcəyi təqdirdə ordunun bu əməllərə məsuliyyət daşıyan şəxslərinə qarşı əməliyyatlar gücləndiriləcək. Bundan əlavə, İsrail Qəzza zolağının pilotsuz uçuş aparatları, çərpələnglər və hava şarlarının buraxıldığı rayonlarının əhalisini təxliyə etmək niyyətindədir.
Bizim.Media






























































































