Fransa bu silaha görə dünya ikincisi oldu

Fransa bu silaha görə dünya ikincisi oldu

Hazırda oxunan: Fransa bu silaha görə dünya ikincisi oldu

632656

Fransa 2021-2025-ci illərin yekunlarına görə Rusiyanı üçüncü pilləyə sıxışdıraraq, dünyanın ən böyük silah ixracatçıları reytinqində ikinci yerə yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına istinadən "Kommersant" qəzeti yazır.
 

Qlobal silah ixracında Fransanın payı 9,8% təşkil etdiyi halda, Rusiya 6,8% payla qərarlaşıb. ABŞ isə böyük fərqlə liderliyini qoruyur — dünya ixracatının 42%-i bu ölkənin payına düşür.


Fransa müdafiə sənayesinin əsas ixrac məhsulu "Dassault Aviation" şirkəti tərəfindən istehsal olunan çoxməqsədli "Rafale" qırıcı təyyarəsi olub. Bu təyyarələrin tədarükü Fransanın silah ixracının artmasında əsas amillərdən birinə çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO