Qazaxıstandakı seçkilərdə seçici fəallığı 50 faizi ötüb

Qazaxıstandakı seçkilərdə seçici fəallığı 50 faizi ötüb

Hazırda oxunan: Qazaxıstandakı seçkilərdə seçici fəallığı 50 faizi ötüb

632604

Qazaxıstanın birpalatalı parlamenti - Qurultaya keçirilən seçkilərdə seçici fəallığı yerli vaxtla saat 14:00-a olan məlumata görə 50%-i ötüb.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının katibi Şavkat Utemisov məlumat verib.

Onun sözlərinə görə, saat 14:00-a ölkə üzrə 6 milyon 696 min 2 seçici bülleten alıb. Bu, seçici siyahısına daxil edilən vətəndaşların 53,12 faizini təşkil edib.
 

Ən aşağı seçici fəallığı ölkənin ən böyük şəhəri Almatıda qeydə alınıb - 30,36 faiz. Ən yüksək göstərici isə Qızılorda vilayətində olub - 64,22 faiz. Paytaxt Astanada seçicilərin 40,92 faizi səs verib.


Qeyd edək ki, Qazaxıstanda parlament seçkiləri üçün seçici fəallığı ilə bağlı minimum hədd müəyyən edilməyib. Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq baş tutmuş hesab olunur.

Səsvermə yalnız partiya siyahıları üzrə keçirilir. Vətəndaşlar yeddi siyasi partiyadan birinə və ya bütün namizədlərin əleyhinə səs verə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO