Tokayev: “Yeni parlamentə seçkilər böyük işlərin başlanğıcıdır”

Tokayev: “Yeni parlamentə seçkilər böyük işlərin başlanğıcıdır”

Hazırda oxunan: Tokayev: “Yeni parlamentə seçkilər böyük işlərin başlanğıcıdır”

632590

Qazaxıstanda yeni birpalatalı parlamentə (Qurultay) keçirilən seçkilər ölkədə genişmiqyaslı işlərin başlanğıcı olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev səsvermə hüququndan istifadə etdikdən sonra jurnalistlərə açıqlama verib:
 

"Bu gün ölkəmiz üçün həqiqətən tarixi bir gündür. İlk dəfə birpalatalı Qurultaya seçkilər keçiririk. Tək bir millət kimi birləşərək miqyaslı islahatlar aparırıq. Bu seçkilər qarşıda duran böyük işlərin yalnız başlanğıcıdır", — deyə Q.Tokayev vurğulayıb.


Xatırladaq ki, iyulun 1-də Qazaxıstanda iki̇palatalı parlamentdən birpalatalı Qurultaya keçidi nəzərdə tutan yeni Konstitusiya qüvvəyə minib. Yeni qanunvericilik orqanı olan Qurultayda 145 deputat təmsil olunacaq. Onlar yalnız partiya siyahıları üzrə 5 il müddətinə seçiləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO