Rusiya Ukraynanın Moldova ilə sərhədindəki keçid məntəqəsinə zərbə endirdi - FOTO

Rusiya Ukraynanın Moldova ilə sərhədindəki keçid məntəqəsinə zərbə endirdi - FOTO

Hazırda oxunan: Rusiya Ukraynanın Moldova ilə sərhədindəki keçid məntəqəsinə zərbə endirdi - FOTO

632258

Avqustun 20-dən 21-nə keçən gecə Rusiya ordusu Ukraynanın Odessa vilayətinin Bolqrad və İzmayıl rayonlarına pilotsuz uçuş aparatları ilə hücum edib. Həmçinin Ukraynanın Moldova ilə sərhədində yerləşən “Tabaki” keçid məntəqəsinə zərbə endirilib, nəticədə onun fəaliyyəti müvəqqəti dayandırılıb.

Bu barədə Bizim.Media Ukrayna Dövlət Sərhəd Xidmətinin sosial şəbəkə hesablarındakı paylaşımına istinadla xəbər verir.
 

Bildirilir ki, hücum nəticəsində “Tabaki”nin infrastrukturuna zərər dəyib, tikililərdə yanğınlar baş verib. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları yanğın ocaqlarını lokallaşdırıblar.


Hazırda “Tabaki”dən insanların və nəqliyyat vasitələrinin keçidi yoxdur. Ukrayna baş verənlər barədə Moldova nümayəndələrinə məlumat verib.

Qeyd edək ki, hələlik nəqliyyat vasitələrinin hərəkəti digər keçid məntəqələri vasitəsilə həyata keçirilir. Vətəndaşlara səfərlərini planlaşdırarkən “Tabaki”nin fəaliyyətinin müvəqqəti dayandırıldığını nəzərə almaq və alternativ marşrutları əvvəlcədən seçmək tövsiyə olunur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO