Portuqaliyada niqab qadağan edildi

Portuqaliyada niqab qadağan edildi

Hazırda oxunan: Portuqaliyada niqab qadağan edildi

632242

Portuqaliya Prezidenti Antoniu Joze Sequro ictimai yerlərdə üzü tamamilə örtən geyimlərdən istifadəni qadağan edən qanunu imzalayıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, yeni qanun ənənəvi İslam burqa və niqablarına şamil edilir.
 
Sözügedən təşəbbüs iyul ayında Portuqaliya parlamentində qəbul edilmişdi.
 

Yerli media həmin sənədi “niqab haqqında qanun” adlandırır. Qanun həmçinin din, cins, yaş və mənşə ilə əlaqəli səbəblərdən kimisə bu cür paltar geyinməyə vadar etməyi də qadağan edir. 


Qaydaları pozan şəxslər isə 150 avrodan 3000 avroya qədər cərimə oluna bilər. Məhdudiyyətlər sağlamlıq, peşə fəaliyyəti, yaradıcılıq və hava şəraiti ilə bağlı sözügedən geyimlərdən istifadə edənlərə şamil edilməyəcək.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO