“Moldova Prezidenti Maya Sandu ölkənin Rumıniya tərəfindən ilhaqına özü şərait yaradır”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Diplomat Moldovanın Xarici İşlər naziri Mixay Popşoyun respublikanın Avropa İttifaqı ilə yaxınlaşması barədə fikirlərini şərh edərkən belə deyib:
"Sandunun rəhbərliyi altında Moldovanın hazırkı rəhbərliyi “böyük Avropa ailəsi”nə deyil, Rumıniyaya inteqrasiya edir. Bu, bir növ “aneksiyaya özünün şərait yaratmasıdır”. Yəqin ki, dünyada hələ belə şey olmamışdı, lakin Sandu rejimi bunu düşünüb tapdı və həyata keçirir", – deyə Zaxarova vurğulayıb.
"Moldovanın avrointeqrasiya yolundakı uğurları və əhalinin bu kursu dəstəkləməsi barədə istənilən qədər danışmaq olar. Lakin real vəziyyət tamamilə əksini göstərir", – deyə o əlavə edib.
Bizim.Media



































































































