Moskvaya 1000 dronla hücum planı: Son anda...

Moskvaya 1000 dronla hücum planı: Son anda...

Hazırda oxunan: Moskvaya 1000 dronla hücum planı: Son anda...

632227

2026-cı ilin əvvəlində Ukrayna Moskva hava limanlarına zərbələr endirmək üçün süni intellektlə təchiz edilmiş pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə miqyaslı əməliyyatı nəzərdən keçirib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Atlantic" nəşri yazır.

Belə ki, ilin əvvəlində ukraynalı rəsmilər Prezident Volodimir Zelenskiyə "bombardman kampaniyasının genişləndirilməsini" nəzərdə tutan "riskli plan" təqdim ediblər.

Əməliyyatın məqsədi beynəlxalq aviareysləri dayandırmaq ümidi ilə Moskva aeroportlarına 1000-ə yaxın süni intellektli PUA dalğası buraxmaq olub.
 

Məlumata görə, əməliyyat "M&M's" şərti adını alıb. Mənbələr iddia edir ki, Zelenski mülki təyyarələrin vurulması riskindən narahat olsa da, hazırlıqların davam etdirilməsinə icazə verib.


"The Atlantic"in həmsöhbətlərinin sözlərinə görə, iyul ayında Zelenski əməliyyatın əsas təşkilatçısını — müdafiə naziri Mixail Fedorovu qəfil vəzifəsindən kənarlaşdırdıqdan sonra planın icrası dayandırılıb.

"Ukraynanın hərbi dron proqramının memarı olan Fedorov bu plan üzərində ilin böyük hissəsini işləyib və onu hətta ən yaxın köməkçilərindən belə məxfi saxlayıb. O, süni intellektə əsaslanan tuşlama sisteminin işlənməsi üçün ukraynalı proqramçılardan ibarət komanda toplayıb və belə dronların kütləvi istehsalı üçün Ukraynanın Avropadakı müttəfiqlərindən maliyyə ayrılmasını təmin edib", – deyə məqalədə vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO