Piratlar Türkiyə üçün silah daşıyan gəmini ƏLƏ KEÇİRDİ

Piratlar Türkiyə üçün silah daşıyan gəmini ƏLƏ KEÇİRDİ

Hazırda oxunan: Piratlar Türkiyə üçün silah daşıyan gəmini ƏLƏ KEÇİRDİ

632201

Piratlar Somali sahillərində Kamerun bayrağı altında üzən yük gəmisini qaçırıblar.

Bizim.Media xəbər verir ki, somalili məmurun "Associated Press" (AP) agentliyinə verdiyi məlumata görə, gəminin göyərtəsində Türkiyənin Moqadişodakı hərbi təlim mərkəzi üçün nəzərdə tutulmuş silahlar, həmçinin rabitə və peyk avadanlıqları olub.

Mənbənin bildirdiyinə görə, gəmi heyətinin tərkibinə altı Hindistan, bir Türkiyə, bir Gürcüstan vətəndaşı, eləcə də Serbiyadan olan iki təhlükəsizlik xidməti əməkdaşı daxil olub.
 

Rəsmi şəxsin sözlərinə görə, gəminin qaçırılmasında səkkiz pirat iştirak edib. Hadisədən sonra iki Türkiyə yük gəmisi əraziyə yaxınlaşıb, havadan isə vəziyyəti Türkiyəyə məxsus helikopterlər və pilotsuz uçuş aparatları (PUA) nəzarətə götürüb.


Məmur onu da əlavə edib ki, avqustun 18-də gəmiyə hava zərbəsi endirilib. Hazırda heyətin və yüklərin vəziyyəti barədə dəqiq məlumat yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO