İranlı keçmiş səfir: Xəzərin 50 faizi İrana məxsus olmayıb

İranlı keçmiş səfir: Xəzərin 50 faizi İrana məxsus olmayıb

Hazırda oxunan: İranlı keçmiş səfir: Xəzərin 50 faizi İrana məxsus olmayıb

631143

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakain Xəzər dənizinin 50 faizinin İrana məxsus olduğunu təsdiqləyən hər hansı tarixi müqavilə və ya hüquqi sənədin olmadığını bildirib.

Bizim.Media xəbər verir ki, o bu barədə “Jamaran” nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, hətta Sovet İttifaqının mövcud olduğu dövrdə də Xəzərin 50 faizinin İrana, digər 50 faizinin isə SSRİ-yə aid olması barədə hüquqi razılaşma olmayıb.

“Jamaran” nəşrinin Pakaeinə istinadən yaydığı məlumata görə, keçmiş səfir Xəzərin hüquqi statusu haqqında Konvensiyanın İran tərəfindən ratifikasiyasının gecikdirilməsinin Tehranın balıqçılıq, gəmiçilik, ekologiya və digər məsələlərdə mövqelərini zəiflədə biləcəyini deyib.
 

Pakain 2018-ci il avqustun 12-də Xəzəryanı beş ölkənin prezidentləri tərəfindən imzalanan Konvensiyanın 20 illik diplomatik danışıqların nəticəsi olduğunu xatırladıb. Onun sözlərinə görə, sənəd üzərində 52 ekspert görüşü, xarici işlər nazirləri səviyyəsində 10 görüş və 5 sammit keçirilib.


Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də yaxın günlərdə Konvensiyanın İran parlamentində ratifikasiya ediləcəyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO