Krasnodarda idarə etdiyi "Toyota" markalı avtomobillə piyada keçidində anası ilə yolu keçən 6 yaşlı qızı vuran qadın sürücü böyük narazılığa səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə "112" telegram kanalı məlumat yayıb.
Dəhşətli qəzanın anı kameraya düşüb. Kadrlarda ağ rəngli avtomobilin əvvəlcə piyadalara yol verdiyi, daha sonra isə birdən-birə kəskin dönüş edərək onları vurduğu görünür.
Ana hadisə zamanı xilas ola bilsə də, balaca qız maşının altında qalıb.
Hadisə nəticəsində, uşaq serebral iflicindən (UŞİ) əziyyət çəkən 6 yaşlı qız ağır xəsarətlər alıb.Uşaq sağ qalsa da, hələ də bərpa olunmayıb və dərs ilinin başlanğıcını buraxmalı olub.
Sürücü ifadəsində keçiddəki insanları görmədiyini, pedalları səhv saldığını iddia edib.
Qəzanı törədən sürücü zərərçəkən ailəyə heç bir köməklik göstərməyib və təqsirini boynuna almaqdan imtina edib. Məsələ sosial şəbəkələrdə işıqlandırıldıqdan sonra xeyriyyəçilər cəmi bir sutka ərzində uşağın reabilitasiyası üçün 8 milyon rubldan (təxminən 150 min manat) çox vəsait toplayıblar.
Məhkəmə araşdırmaları davam edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:05 / 13.08.2026
Serebral iflic olan uşağı avtomobillə vurub, yardımdan imtina etdi – ANBAAN VİDEO
Hazırda oxunan: Serebral iflic olan uşağı avtomobillə vurub, yardımdan imtina etdi – ANBAAN VİDEO
Hazırda oxunan: Serebral iflic olan uşağı avtomobillə vurub, yardımdan imtina etdi – ANBAAN VİDEO
630940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































