Rusiyada Con Kennedinin qohumu qiyabi həbs edildi

Rusiyada Con Kennedinin qohumu qiyabi həbs edildi

Hazırda oxunan: Rusiyada Con Kennedinin qohumu qiyabi həbs edildi

630841

Moskvanın Basmannı Rayon Məhkəməsi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı nəvəsi Konnor Kennedini qiyabi həbs edib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Konnor Kennedi beynəlxalq axtarışa verilib.

Vəkillərin həbs qərarının ləğvi ilə bağlı şikayəti Moskva Şəhər Məhkəməsi tərəfindən təmin edilməyib. Apellyasiya iclası qapalı keçirilib.

Konnor Kennedi Ukrayna Silahlı Qüvvələrinin tərəfində muzdlu döyüşçü kimi iştirak etməkdə ittiham olunur. Bu maddə üzrə onu 7 ildən 10 ilədək həbs cəzası gözləyir.
 

ABŞ-ın məşhur siyasi sülaləsinin nümayəndəsi daha əvvəl 2022-ci ildə Ukrayna tərəfində döyüşdüyünü etiraf etmişdi. Onun sözlərinə görə, o, Xarkov vilayətində “Beynəlxalq Legion”un tərkibində xidmət edib.


ABŞ dövlət katibi Marko Rubio bir gün əvvəl Rusiyada saxlanılan bütün amerikalıların, o cümlədən muzdlu döyüşçü kimi məhkum edilmiş Stiven Habardın ölkəyə qaytarılması üçün Vaşinqtonun səylər göstərdiyini bildirib.

Avqustun 11-də Reuters ABŞ vətəndaşı Robert Gilmanın azad edildiyini xəbər verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO