Almaniya xüsusi xidmət orqanları xaricdə gizli əməliyyatlar aparacaq - Səlahiyyətləri genişləndirilir

Almaniya xüsusi xidmət orqanları xaricdə gizli əməliyyatlar aparacaq - Səlahiyyətləri genişləndirilir

Hazırda oxunan: Almaniya xüsusi xidmət orqanları xaricdə gizli əməliyyatlar aparacaq - Səlahiyyətləri genişləndirilir

630769

Almaniya hökuməti ölkənin kəşfiyyat xidmətlərinin islahatı ilə bağlı genişmiqyaslı qanun layihəsini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, AFP-nin məlumatına görə, islahat xüsusi xidmət orqanlarının gizli əməliyyatlar keçirmək və xarici dövlətlərdən qaynaqlanan təhdidlərə qarşı mübarizə aparmaq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
 

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt ölkənin xüsusi xidmət orqanları üçün “yeni dövrün” başladığını elan edib. İndiyədək onların fəaliyyəti əsasən kəşfiyyat məlumatlarının toplanmasına yönəlib.


İslahata əsasən, xüsusi xidmət orqanları ölümcül olmayan əməliyyatlar, o cümlədən qarşı tərəfin serverlərinin sındırılması və diversiya xarakterli fəaliyyətlərin həyata keçirilməsi üçün daha geniş imkanlar əldə edəcəklər.

Dəyişikliklərin qüvvəyə minməsi üçün qanun layihəsi əvvəlcə parlamentdən keçməlidir. Bundan sonra islahatın gələn ilin əvvəlində qüvvəyə minməsi gözlənilir.

Kansler Fridrix Mertsin rəhbərlik etdiyi koalisiya hökuməti hesab edir ki, kəşfiyyat imkanlarının gücləndirilməsi düşmən xarici dövlətlərdən, terror təşkilatlarından və kibercinayətkarlardan qaynaqlanan təhdidlərə qarşı mübarizə üçün zəruridir.
 

İslahat çərçivəsində Almaniyanın xüsusi xidmət orqanlarına öz kiberhücumlarını həyata keçirmək imkanı da verilə bilər. Məsələn, onlar düşmən qüvvələrin istifadə etdiyi xarici İT sistemlərini sıradan çıxara və ya maliyyə ödənişlərinin hərəkətini bloklaya biləcəklər.


İstisna hallarda Almaniya Federal Kəşfiyyat Xidməti (BND) xaricdə diversiya əməliyyatları keçirmək üçün də icazə ala biləcək. Bununla belə, qətllər və digər ölümcül gücdən istifadə edilən əməliyyatlar qəti şəkildə qadağan olaraq qalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO